Naxçıvan Qarnizonunda müddətdən artıq xidmət keçənlərə sertifkat verilib

11-04-2022, 17:27

Naxçıvan Qarnizonunda müddətdən artıq xidmət keçənlərə sertifkat verilib

Naxçıvan Qarnizonu Qoşunlarında aralarında Vətən müharibəsi iştirakçılarının da olduğu zabit, gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarını bitirən məzunlara sertifikatlar təqdim edilib.
Ordum.az xəbər verir ki, buraxılış mərasimində əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Şəxsi heyəti təbrik edən Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayev bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti ilə güclü müdafiə qüdrətinə və peşəkar döyüş qabiliyyətinə malik Azərbaycan Ordusu formalaşıb. Ümummilli liderimizin müəyyənləşdirdiyi ordu quruculuğu siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində 44 günlük uğurlu əks-hücum əməliyyatı ilə Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi.









Facebook'da Paylaş