Ukrayna XİN başçısı: “Kremlə qarşı sanksiyalar mümkün qədər çox olmalıdır

6-04-2022, 16:18

Ukrayna XİN başçısı: “Kremlə qarşı sanksiyalar mümkün qədər çox olmalıdır

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba yenidən beynəlxalq ictimaiyyətə müraciət edib və müharibənin ölkəsinin sərhədlərindən kənara çıxmaması üçün tədbir görməyə çağırıb.
Ordum.az xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.

“Bunun yeganə yolu bizə hərtərəfli kömək etməkdir. Kremlə qarşı sanksiyalar mümkün qədər çox olmalıdır. Bu hadisələri dayandırmaq üçün bizə dəstək verin”, - nazir bildirib.




Facebook'da Paylaş