"Avropa təsisatlarının obyektiv münasibətinin şahidi olmadıq"
"Avropa təsisatlarının obyektiv münasibətinin şahidi olmadıq""Avropa təsisatlarının obyektiv münasibətinin şahidi olmadıq"Avropa Parlamentinin Qarabağda mədəni irsin məhv edilməsi ilə bağlı qətnamənsini qəti şəkildə pisləyirik.Bu qətnamə Azərbaycana qarşı uzun illər davam edən ikili yanaşmanın daha bir nümunəsidir. Dünyada və Qafqazda sülhə sabitliyə kəskin ehtiyacın olduğu bir dönəmdə heç bir əsası olmayan bu cür sənədlərin qəbul edilməsi heç bir məntiqə və əxlaqa sığmır. Bu qətnamə Qafqaz regionunda sülhün bərqərar olmasına yönəlik fəaliyyətlərin inkişaf etdirilməsinə qarşı ciddi təhdiddir.
Bu fikirləri
Butov.az-a açıqlamasında Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov deyib.
Hüquq müdafiəçisi onu da bildirib ki, işğal nəticəsində Azərbaycan mədəniyyətinin mənəvi paytaxtaxtı olan Şuşa tarix muzeyi (beş minə yaxın eksponatı olmuşdur) Qarabağ dövlət tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və Xalq tətbiqi sənəti muzeyi, Laçın rayonundakı Ağoğlan məbədi, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər tarix muzeyinin və digər mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılmış və talan olunmuş, müqəddəs məbəd və məscidlər təhqir edilmiş, kitabxanalar yandırılmış, qədim əlyazma nümunələri məhv edilmişdir:
"İlk insan məskənlərindən olmuş Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hərbi məqsədlər üçün istifadə edilərək qəsdən dağıdılmışdır. İşğal ərazilərindəki qəbiristanlıqlar, türbələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilmişdir.
Lakin biz nə işğal dövründə, nə də işğaldan sonrakı zamanda Avropa təsisatlarının bir dəfə də olsun bu məsələlərə obyektiv münasibətinin şahidi olmadıq. Hesab edirəm ki, belə saxtakarlıq Azərbaycanın vurulmuş zərərlə bağlı beynəlxalq təsisatlar qarşısında məsələ qaldırması ilə bağlı fəaliyyətinin qarşısını almağa yönəlmiş bir aktdır. Bütün bu cəhdlərə baxmayaraq Azərbaycan öz haqlı mövqeyni beynəlxalq birlik qarşısında müdafiə etməkdə israrlı olmalıdır".
Facebook'da Paylaş