Hərbi hissədə taktiki təlim keçirilib

1-03-2022, 10:11

Hərbi hissədə taktiki təlim keçirilib

Döyüş hazırlığı planına əsasən, hərbi hissədə taktiki təlim keçirilib.
Müdafiə Nazirliyindən Ordum.az-a verilən məlumata görə təlimin senarisinə uyğun olaraq bölmələr ərazidə müxtəlif üsullarla taktiki yerdəyişmə, mühafizə və axtarış əməliyyatları, şərti düşmənin diversiya-kəşfiyyat qrupunun aşkar edilərək zərərsizləşdirilməsi və digər tapşırıqları uğurla yerinə yetiriblər.
Taktiki təlimlərin keçirilməsində əsas məqsəd bölmələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və hərbi qulluqçuların praktiki vərdişlərinin təkmilləşdirilməsidir.




Facebook'da Paylaş