Ukrayna Ərazi Müdafiə Qüvvələri: "Rusiya hərbçiləri və texnikasının qarşısına çıxın"

25-02-2022, 15:25

Ukrayna Ərazi Müdafiə Qüvvələri: "Rusiya hərbçiləri və texnikasının qarşısına çıxın"

“Yaşadığınız şəhərdə Rusiya hərbçilərini və texnikasını görsəniz, qarşısına çıxıb onların irəliləməsinin qarşısını alın”.

Ordum.az Ukrayna Müdafiə Nazirliyinin feysbuk səhifəsinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Ərazi Müdafiə Qüvvələri ukraynalılara müraciətində bildirib.

“Əlinizdə Ukrayna bayrağı ilə küçələrə çıxın. Telefon kameraları ilə Rusiya işğalçılarını çəkin. Qoy bilsinlər ki, burada onları gözləyən yoxdur və müqavimətlə üzləşəcəklər. Azadlıq gətirən deyil, başqasının torpağını işğal edən olduqlarını onlara göstərin. Rusiyaya qarşı döyüşən Ukrayna hərbçilərinə mane olmamaq üçün həmin ərazilərə yaxın getməyin”, - deyə müraciətdə vurğulanıb.




Facebook'da Paylaş