Zakir Həsənovla Hulusi Akar regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

1-02-2022, 18:00

Zakir Həsənovla Hulusi Akar regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Ankarada səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında görüş olub.

Ordum.az xəbər verir ki, əvvəlcə Z.Həsənovun rəsmi qarşılanma mərasimi keçirilib.

Onu türkiyəli həmkarı H.Akar özü qarşılayıb. Z.Həsənov Türkiyə Milli Müdafiə Nazirliyinin Xatirə kitabını imzalayıb.

Sonra iki ölkənin müdafiə nazirlər arasında təkbətək görüş keçirilib.

Daha sonra görüş iki ölkənin nümayəndələrinin birgə iştirakı ilə davam etdirilib.

Görüşdə ikitərəfli və regional müdafiə, təhlükəsizlik məsələləri və müdafiə sənayesi sahəsində birgə əməkdaşlıq müzakirə olunub.




Facebook'da Paylaş