Bu ay Vətən müharibəsi iştirakçılarına "Müharibə veteranı" statusu və təqaüdü veriləcək

15-01-2022, 16:28

Bu ay Vətən müharibəsi iştirakçılarına "Müharibə veteranı" statusu və təqaüdü veriləcək

“Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzləşmiş elektron informasiya sistemi olan Zəfər altsisteminə daxil edilən şəxslərlə bağlı işlər ayın sonunadək yekunlaşdırılacaq”.

Ordum.az
-ın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Babək Hüseynov “REAL TV”yə açıqlamasında deyib.

O bildirib ki, Vətən müharibəsi iştirakçıları yanvar ayı ərzində "Müharibə veteranı" statusunu və vəsiqəsini, həmçinin aylıq 80 manat təqaüdü ala biləcəklər.




Facebook'da Paylaş