Yeni baş nazirin ilk açıqlaması- HƏYACANLIYAM

21-04-2018, 17:10



Milli Məclisdə keçirilən səsvermə ilə Novruz Məmmədov Azərbaycanın yeni Baş naziri seçilib. 

Ordum.az - ın parlamentdən verdiyi xəbərə görə, səsvermədən sonra yeni Baş naziri təbrik edən spiker Oqtay Əsədov ona çıxış üçün söz verib.
Tribunaya qalxan Novruz Məmmədov ona göstərilən bu yüksək etimada görə, Prezidentə və millət vəkillərinə təşəkkürünü bildirib: 
“Düzdür, indiyə qədər danışırdım. Danışmağı da sevirəm. Amma bundan sonra başqa sahədə işləməliyəm.  Prezidentimizin rəhbərliyi ilə ölkəmizin inkişafı yönümündə əlimdən gələni edəcəyəm”. 

O, siyasi sahəyə daha çox bağlı olduğunu hökumət işində çalışmağın məsuliyyətli olduğunu da dilə gətirib: “Mən burada həyacanlıyam. Çünki, yeni bir sahədəyəm. Bu iş şərəfli işdir. əlimdən gələni edəcəyəm ki, göstərilən etimadı doğruldum”.
 




Facebook'da Paylaş