Binəli Yıldırım: "Qazaxıstana hər cür dəstək verməyə hazırıq”

6-01-2022, 15:12

Binəli Yıldırım: "Qazaxıstana hər cür dəstək verməyə hazırıq”

“Qazaxıstanda həyatın normal axışına dönməsi üçün hər cür dəstək verməyə hazırıq”.
Ordum.az-ın xəbərinə görə, bunu Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri, hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırım tviter səhifəsində yazıb.

“Son günlər Qazaxıstanda baş verən hadisələrin ölkənin sülh və sabitliyinə zərər vermədən başa çatmasını arzulayırıq. Türk Dövlətləri Təşkilatı ağsaqqalları olaraq Qazaxıstanla güclü müttəfiqliyimizi nəzərə çatdırmaq istəyirik. Hadisələrdə həlak olan qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik”, - o qeyd edib.




Facebook'da Paylaş