Ordumuz Laçında təlimə başladı

19-10-2021, 14:24

Ordumuz Laçında təlimə başladı

Quru Qoşunlarının 2021-ci ilin hazırlıq planına uyğun olaraq oktyabrın 19-dan Laçında komanda-qərargah təlimi başlayıb.
Bu barədə Ordum.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Təlim kommunikasiya vasitələrinin geniş tətbiqi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunur. Komanda-qərargah təlimində müasir idarəetmə üsullarının icra edilməsilə Quru Qoşunlarının digər qoşun növləri ilə qarşılıqlı əlaqədə fəaliyyəti yoxlanılır.




Facebook'da Paylaş