44 günlük Vətən müharibəsinin xronikası: 18 oktyabr
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Ordum.az Vətən müharibəsinin xronikasını təqdim edir.
- Prezident İlham Əliyev "Twitter" səhifəsində Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdığını açıqlayıb.
- Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi "İnstaqram" hesabında edilən paylaşım edib: "Hər bir Azərbaycan əsgərinin və zabitinin həyatı və sağlamlığı üçün dua edirəm"
- Humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə razılaşmanı kobud surətdə pozub.
- Ermənistanın məhv edilən hərbi texnikalarının siyahısı açıqlanıb. Düşmənin hərbi hissəsi ələ keçirilib. Ermənistanın növbəti Su-25 təyyarəsi vurulub.
- Ermənistan Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində hücuma cəhd edib.
- Azərbaycan əsgəri ermənilərin xüsusi təyinatlılarının mövqelərini ələ keçirib. Ermənistana məxsus daha bir PUA məhv edilib.
- Düşmənin döyüş texnikası və silah-sursatı ələ keçirilib.
- İşğaldan azad olunan Füzuli şəhərinin mərkəzində Azərbaycan bayrağı qaldırılıb
Facebook'da Paylaş