HHM bölmələrinin döyüş atışları keçirilir

16-10-2021, 20:44

HHM bölmələrinin döyüş atışları keçirilir

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin döyüş atışları keçirilir.Döyüş atışlarının əsas məqsədi şəxsi heyətin zenit-raket komplekslərini (ZRK) idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsidir. Atış çalışmalarında döyüş heyətləri “OSA” ZRK-nın start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması üzrə normativləri yerinə yetirirlər. Komplekslərin döyüş heyətləri şərti düşmən hədəflərinin aşkar olunaraq praktiki atışlarla məhv edilməsi tapşırıqlarını peşəkarlıqla icra edirlər.




Facebook'da Paylaş