"Prezidentin həyat yoldaşımın fotosunu daşıması"...

28-09-2021, 06:58

"Prezidentin həyat yoldaşımın fotosunu daşıması"...

Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq Bakıda keçirilən yürüşdə həyat yoldaşımın fotosunu daşıdığını görəndə çox sevindim və təsirləndim.
Ordum.az xəbər verir ki, bunu şəhid Adil İbrahimlinin həyat yoldaşı Nargül İbrahimli Trend-ə açıqlamasında deyib.
O, hisslərini sözlə ifadə etməkdə çətinlik çəkdiyini söyləyib:
"Bu, mənim üçün heç vaxt unuda bilməyəcəyim bir an idi. Həyat yoldaşımla bir daha fəxr etdim, qürur duydum.
Uca Allahdan şəhidlərə rəhmət diləyirəm. Eyni zamanda Tarixi qələbəmizlə qürur duyuram".
Qeyd edək ki, Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq sentyabrın 27-də - Anım Günündə Bakı şəhərində yürüş təşkil edilib.
Tədbir zamanı Prezident İlham Əliyevin əlində tutduğu plakatda şəkli əks olunan şəhidimiz Adil Asəm oğlu İbrahimlidir.




Facebook'da Paylaş