Cocuq Mərcanlıda 24 ildən sonra ilk dərs keçirilib

15-09-2017, 11:16


Bu gün Azərbaycanın bütün məktəblərində olduğu kimi, aprel döyüşləri zamanı erməni işğalçılarından azad edilən Cəbrayıl rayonunun Cocuq-Mərcanlı kəndində tikilən orta məktəbdə də "Bilik günü" qeyd olunub.

AzVision.az-ın məlumatına görə, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri sədri Əli Həsənov və Təhsil Nazirliyinin rəsmiləri Cocuq Mərcanlı məktəbində "Bilik günü" münasibətilə keçirilən tədbirdə iştirak ediblər. 

Məktəbdə ilk dərs Azərbaycanın Dövlət Himninin oxunması ilə başlayıb.

Qeyd edək ki, bu il Cocuq-Mərcanlı kənd orta məktəbində 13 şagird birinci sinifdə oxuyacaq. Ümimilikdə isə məktəbdə 47 şagird təhsil alacaq.




Facebook'da Paylaş