Azərbaycan daha 20 ölkə ilə hava sərhədlərini açdı - SİYAHI
Avqustun 5-dən 20 ölkənin vətəndaşlarının hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir.
Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Qərar imzalayıb.
Qərara əsasən, 2021-ci il 5 avqust tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına bu Qərarın 2.5-1.1-ci və 2.5-1.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla icazə verilir:
- Almaniya Federativ Respublikası;
- Avstriya Respublikası;
- Belçika Krallığı;
- Çexiya Respublikası;
- Danimarka Krallığı;
- İrlandiya Respublikası;
- İspaniya Krallığı;
- İsveç Krallığı;
- İsveçrə Konfederasiyası;
- Kanada;- Lüksemburq Böyük Hersoqluğu;
- Malta Respublikası;
- Niderland Krallığı;
- Polşa Respublikası;
- Portuqaliya Respublikası;
- Serbiya Respublikası;
- Sinqapur Respublikası;
- Sloveniya Respublikası;
- Slovakiya Respublikası;
- Yunanıstan Respublikası.
Facebook'da Paylaş