Türkiyə hərbçiləri onlarla PKK terrorçusunu məhv edib

10-03-2021, 06:09

Türkiyə hərbçiləri onlarla PKK terrorçusunu məhv edib



Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalındakı Hakurk və Qəndil bölgələrindəki hava əməliyyatı zamanı PKK-nın 25 terrorçusunu zərərsizləşdirib.
“Anadolu” agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Milli müdafiə naziri Hulusi Akar bildirib.
Onun sözlərinə görə, zərərsizləşdirilən arasında qrup rəhbəri də var.
“Xəbərdarlıq etdik: PKK terror təşkilatı Qəndil də daxil olmaqla, özünü heç bir yerdə rahat hiss etməyəcək. Terrorçuların qaçmağa başqa yeri yoxdur”.




Facebook'da Paylaş