Təyyarə məcburi eniş etdi

7-03-2021, 09:43

Təyyarə məcburi eniş etdi


Parisdən Yeni Dehliyə gedən “Air France” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Bolqarıstanın Sofiya hava limanına təcili eniş edib.
“Reuters” xəbər verir ki, buna səbəb sərnişinlərdən birinin aqressiv davranışları olub.
“Hindistan vətəndaşı olan sərnişin təyyarə havaya qalxdıqdan dərhal sonra xoşagəlməz rəftar nümayiş etdirib, digər sərnişinlərlə mübahisə edib, stüardessaya hücum edib və pilot kabinəsinin qapısını döyüb”, - deyə Bolqarıstanın Milli İstintaq Agentliyinin rəsmisi İvailo Angelov bildirib.
Sərnişinin bu cür davranışı təyyarə kapitanını Sofiyada təcili eniş etmək məcburiyyətində qoyub. Adı açıqlanmayan sərnişin təyyarədən çıxarılıb. O, uçuş təhlükəsizliyini riskə atmaqda günahlandırılır. Onu 10 il həbs cəzası gözləyə bilər.
Bundan sonra təyyarə Yeni Delhiyə uçuşunu davam etdirib.





Facebook'da Paylaş