Ermənistan səfirliyinin önündə aksiya

11-01-2021, 14:43

Ermənistan səfirliyinin önündə aksiya

Moskvadakı erməni diasporu Ermənistan səfirliyinin önündə aksiya keçirdi
Rusiyadakı erməni icmasının üzvləri Moskvadakı Ermənistan səfirliyinin önünə toplaşıb.
Ermənistan KİV xəbər verir ki, erməni diasporunun nümayəndələri Paşinyanın Moskvaya səfərinə etiraz əlaməti olaraq aksiya keçiriblər.
Onlar Nikol Paşinyanın istefası tələbi ilə şüarlar da səsləndiriblər. Təhlükəsizlik qüvvələri etiraz aksiyasını müşayiət ediblər. Hazırda xüsusi təyinatlı polis dəstələrinin səfirliyin ətrafını nəzarətə götürdüyü deyilir.




Facebook'da Paylaş