Hulusi Akar: "Terrorçuların arxasında kim olur-olsun, mübarizəmizi davam etdirəcəyik

31-05-2022, 12:51

Hulusi Akar: "Terrorçuların arxasında kim olur-olsun, mübarizəmizi davam etdirəcəyik

“Terrorla mübarizə istiqamətində elədiklərimiz məlumdur”.

Ordum.az xəbər verir ki, bunu Türkiyə mili müdafiə naziri Hulusi Akar deyib.

“İllərdir terrorla mübarizə aparırıq. Əldə etdiyimiz təcrübə ortadadır. Odur ki, hamı terrorçuların nə etdiklərinə yox, bizim nə etdiklərimizə fikir verməlidir. Türkiyə Silahlı Qüvvələrinin yeganə hədəfi terrorçulardır. Kimsə baş verənləri təhrif etməsin. Bizim üçün terrorçunun etnik, dini, fərqi yoxdur. Terrorçu terrorçudur. Türkiyə Silahlı Qüvvələri şəxsi heyəti ilə, texnikası ilə hər cür tapşırığı yerinə yetirməyə hazırdır. Bu mövzuda qətiyyətliyik. Terrorçuların arxasında kim olur-olsun, mübarizəmizi davam etdirəcəyik”, - o söyləyib.




Facebook'da Paylaş