Mariupolda mühasirə zamanı ölən dinc sakinlərin sayı açıqlanıb

25-05-2022, 10:41

Mariupolda mühasirə zamanı ölən dinc sakinlərin sayı açıqlanıb

Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərində 3 aylıq mühasirə zamanı azı 22 min dinc sakin həlak olub.

Ordum.az xəbər verir ki, bunu CNN-ə Mariupol merinin müşaviri Pyotr Andrüşşenko bildirib.

Onun sözlərinə görə, bu rəqəmlər şəhərdə qalmış rəsmilərin hesablamalarına əsaslanır.

Müşavir qeyd edib ki, ölənlərin dəfni ilə bağlı çətinliklər var: meyiti morqdan götürmək üçün yaxınları ölən şəxslərin Ukrayna hərbçiləri tərəfindən öldürüldüyü barədə video çəkməlidirlər.

P.Andrüşşenko bildirib ki, yerli sakinlər sərbəst hərəkət edə bilmirlər, çünki şəhərdə istənilən hərəkət üçün xüsusi buraxılış keçidləri tətbiq edirlər: “Filtrasiya sistemi onların oradan qaçmasına imkan vermir”.

O vurğulayıb ki, Mariupol kabus şəhərə dönüb.




Facebook'da Paylaş