ETX: "Azərbaycana qarşı informasiya müharibəsi pik həddə çatmışdı"

21-05-2022, 13:26

ETX: "Azərbaycana qarşı informasiya müharibəsi pik həddə çatmışdı"

Vətən müharibəsi dövründə Azərbaycana və vətəndaşlarına qarşı həyata keçirilən informasiya müharibəsi pik həddə çatmışdı.

Ordum.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Şahin Əliyev deyib.

"Bununla bağlı həm biz, həm də digər dövlət qurumları, həm də cəmiyyətdə bu sahədə fəal olan şəxslərlə birgə həyata keçirilən tədbirlər nəticəsində bu kimi hücumların qaşısı müvvəfəqiyyətlə alınıb”, - Ş. Əliyev biıdirib.

Xidmətin rəisi qeyd edib ki, sosial şəbəkələrdə dezinformasiya halların qarşısını almaq üçün dövlət qurumlarının və dövlət əhəmiyyətli hesabların tanınma nişanları ilə təmin olunması üçün tədbirlər həyata keçirilir.

Onun sözlərinə görə, son dövrlərdə 150-dən çox bu kimi hesaba tanınma nişanının verilməsi təmin edilib.




Facebook'da Paylaş