"Cəsur Qəhrəmanlar"ın ikinci təqdimatı

2-04-2024, 18:23

"Cəsur Qəhrəmanlar"ın ikinci təqdimatı


"Cəsur Qəhrəmanlar"ın ikinci təqdimatı

Bu gün "Cəsur Qəhrəmanlar" kitabımın ikinci təqdimatı Füzuli rayonunun Horadiz şəhərində şəhid Mahir Səfərov adına 1 saylı tam orta məktəbdə keçirildi. Məktəbin direktoru Lalə müəllimə qonaqları sevgi və səmimiyyətlə qarşılayıb şəhid Mahir Səfərov haqqnda geniş məlumat verdi. Məktəbdə şəhidlərin xatirəsinin daima əziz tutulduğundan, onlar haqqında tədbirlərin tez-tez keçirildiyindən danışaraq şagirdlərə qonaqları təqdim edib. Şagirdlər şairə Esmira Günəşin Mahir Səfərova həsr etdiyi şeirləri səsləndirdikdən sonra tədbirə gələn qonaqlar çıxış ediblər.
Zərdabdan gələn şəhid Ağaqardaş Abbasovun atası İlham Abbasov oğlu haqqında danışaraq bildirdi ki, Ağaqardaş Füzulinin azadlığı uğrunda canından qəhrəmanlardan biridir. Millət vəkili Razi Nurullayev, MP nümayəndəsi Zərdab rayon şöbəsinin sədri Sirvani Hümmətoğlu çıxış edərək bildirdi ki, ən qısa zamanda şairə Esmira Günəşlə birlikdə Zərdab şəhidlərinə həsr olunmuş kitab hazırlanacaq və kitab gələcək nəsillərə miras kimi məktəblərə, baxçalara paylanacaq. Daha sonra gənc şair və aktiyor Vüsal Ümidli Həsənov Şəhidlərə həsr etdiyi şeirlərin birini səsləndirərək şəhid Mahir Səfərov haqqında da şeir yazacağını bildirdi. Şəhid Mahir Səfərovun bacısı gələn qonaqlara və məktəb kollektivinə təşəkkürünü bildirdi.
Tədbirin sonunda şairə Esmira Günəş "Cəsur Qəhrəmanlar" kitabını imzalayaraq həm şəhidin bacısına, həm də məktəbin kitabxanasına hədiyyə olsun deyə məktəbin direktoru Lalə müəlliməyə təqdim etdi. Tədbir xatirə şəkilləri çəkdirilməsi ilə yekunlaşdırılıb.
Esmira GÜNƏŞ








Facebook'da Paylaş