Şəhid Zaur Cəfərovun xatirəsi anılıb

20-04-2023, 05:33

Şəhid Zaur Cəfərovun xatirəsi anılıb

Şəhid Zaur Cəfərovun xatirəsi anılıb

Aprelin 19-da 12 saylı Kəlbəcər rayon məktəbində Esmira müəllimənin təşəbbüsü ilə şəhid Zaur Cəfərovun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə şəhidin həyat yoldaşı Gülbəniz xanım, qızı Səlbi xanım, Zaur Cəfərovun yer aldığı "Qəlbimizdə yaşayanlar" və "Xarıbülbüllər" kitablarının müəllifi Esmira Günəş, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutu ilə başlayaraq, şagirdlərin hazırladıqları kompozisiyalar ilə davam edib. Tədbirin sonunda məktəbin direktoru Səxavət Əsədov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb və şəhidlərimizin tanıdılmasında əziyyəti olan hər kəsə təşəkkür edib.
Esmira Günəşə da öz növbəsində şəhidlərimizin ölümsüzlüyündən danışaraq, ən son nəşr olunan "Qəlbimizdə yaşayanlar" kitabını şəhidin yoldaşına təqdim edib. Tədbir xatirə şəkilləri ilə yekunlaşdırılıb.

Tədbirdən sonra şəhidin ev muzeyi ziyarət olunub.




Facebook'da Paylaş