Kəlbəcərdə şəhid olan zabitimiz dəfn edilib

1-02-2022, 16:16

Kəlbəcərdə şəhid olan zabitimiz  dəfn edilib

Kəlbəcərdə şəhid olan hərbi qulluqçu dəfn edilib.

Ordum.az-ın məlumatına görə, şəhid baş leytenant Fuad Bağırovun nəşi Şirvan şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

Dəfn mərasimində şəhidin ailə üzvləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, yerli icra və hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yaylım atəşi açılandan sonra şəhid torpağa tapşırılıb.




Facebook'da Paylaş