Dövlət Gömrük Komitəsinin Akademiyasında Dövlət Gömrük Komitəsi yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib

16-04-2024, 22:09


Aprelin 16-da Dövlət Gömrük Komitəsinin Akademiyasında Dövlət Gömrük Komitəsi yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib. Bu haqda DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Akademiyanın fəaliyyəti, tədris prosesi, inkişaf istiqamətləri haqqında məlumat verib. İctimai Şuranın gömrük sistemində ictimai nəzarət mexanizmlərinin formalaşdırılması, şəffaflığın təmin edilməsi, gömrük işinin təşkili sahəsində səmərəliliyin artırılmasına mühüm töhfə verəcəyi vurğulanıb.
Tədbirdə Akademiyanın fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində nailiyyət və prioritetləri haqqında təqdimat və videoçarx nümayiş olunub.
Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın sədri Ramil Əliyev Akademiyanın fəaliyyətini yüksək qiymətləndirib, dövlətimizin davamlı inkişafı naminə vətənpərvər, hərtərəfli biliklərə malik savadlı gəncliyin yetişdirilməsinin önəmini qeyd edib.
Görüşdə keyfiyyətli tədris mühitinin təşkili istiqamətində fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib, əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Sonda şura üzvləri auditoriyalarda imtahan prosesini müşahidə edib, Akademiyada yaradılan şərait və infrastrukturla tanış olublar.







Facebook'da Paylaş