img]https://ordum.az/uploads/posts/2023-07/0efecb0a-7469-489b-ab20-b473c65be502.jpg[/img]
AR Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə” VI Qrant müsabiqəsinin qalibi olan və Bakı şəhər Nərimanov rayonu 212 №-li tam orta məktəb tərəfindən icra olunan “Mental arifmetika klubunun təşkili və davamlı inkişafı” layihəsi üzrə Khan Academy onlayn platforması ilə ibtidai siniflər üçün praktik riyaziyyat dərslərinin təşkili layihəsi başa çatmışdır. Bu haqda layihənin PR xidmətindən saytımıza məlumat verilib.
Bununla belə layihənin davamlılğı təmin edilərək, məktəb üçün növbəti tədris ilində də bu dərsləri keçmək üçün kifayət qədər texniki avadanıqlar (planşet, qulaqlıq, modem və digər tədris metodikası) təmin edilmiş və təlim almış və bilik və təcrübələrə yiyələnmiş müəllimlər bu sahədə mütəxəssislər kimi hazırlanmışlar.
9 ay müddətində icra olunan layihənin praktik fəaliyyətləri 6 ay davam etmiş, bu müddətdə təlim almış müəllimlərin öz şağirdləri ilə praktik riyaziyyat dərslərini planşetlər və digər texniki vəsaitlərlə (qulaqlıq, modem) tədris etmiş və Khan Academy onlayn platformasına məktəblilərdə böyük maraq yaratmışlar.
Praktik məşğələlərdə müəllimlər bir daha əyani şəkildə Khan Academy onlayn platformasına qoşulmaqla şagirdlərin sürətli hesablama, riyazi və məntiqi təfəkkürlərinin, IQ qabiliyyətlərinin inkişafına dəstək olmuşlar.
Layihə və onun fəaliyyətlərinin bütün mərhələləri sosial media, şəbəkələr və digər internet resurslarında requlay yayılmaqdadır.
Layihə davamlılığı olaraq iştirakçılarının davamlı şəbəkəsi qurulmuş və növbəti tədris ilindən digər siniflərdə də Khan Academy ilə riyaziyyat və gələcəkdə digər fənlərin də tədrisi nəzərdə tutulur.