Gənclər üçün milli-mənəvi dəyərlər və monolit ailə institutu mövzusunda Neftçalada təlim keçirildi

10-02-2023, 18:05

Gənclər üçün milli-mənəvi dəyərlər və monolit ailə institutu mövzusunda Neftçalada təlim keçirildi

“Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə regionlarda gənclər üçün “Milli-mənəvi dəyərlər və monolit ailə institutu” mövzusunda son maarifləndirici təlim kursunu Neftçala rayonunda keçirdi.

Rayon icra hakimiyyəti, gənclər və idman idarəsi, qeydiyyat, təhsil, səhiyyə, ailə, qadın və uşaq problemləri ilə iş, GİKM nümayəndəliyi və digər aidiyyətli struktur təmsilçilərinin iştirakı ilə Heydər Əliyev Mərkəzində təşkil olunan təlimə 30 nəfər yerli gənc cəlb olunmuşdu. İştirakçılar təlim vasitələri (loqolu qovluq, bloknot və qələm) və mövzuya dair İB tərəfindən hazırlanan kitabça ilə təmin olundular.

Açılışda Neftçala rayon icra hakimiyyətinin aparıcı məsləhətçisi Esmira Məmmədzadə, rayon gənclər və idman idarəsinin rəisi Araz Əhmədov və GİKM yerli nümayəndəliyinin direktoru Fərhad Baxışov çıxış edərək, bu maarifləndirici layihənin və təlimin bölgə gəncləri üçün fayda, əhəmiyyətini müsbət qiymətləndirdilər və erkən və qohum nikahlarla mübarizə və bu istiqamətdə milli-mənəvi dəyərlərin gənclər arasında təbliği sahəsində şəhərdə görülən işləri qeyd etdilər.

ADTGT sədri Asif Əsgərli, layihə rəhbəri, ADTGT icraçı direktoru Gülnarə Bağırova layihəyə və təlimin təşkilinə dəstək verən AGF-na və Şirvan şəhər icra hakimiyyətinə öz təşəkkürünü bildirərək, 3 ay ərzində Salyan, Biləsuvar, Neftçala rayonu və Şirvan şəhəridə icra olunan layihənin erkən və qohum nikahların gənclərə, onların milli-mənəvi, tibbi-psixoloji, sosial-hüquqi durum və vəziyyətinə, monolit ailə institutuna və milli genefonda göstərdiyi mənfi təsirlərdən, ona qarşı mübarizə və bu sahədə vacib alət və mexanizmlər olaraq milli-mənəvəi dəyərlər və ailə ənənələri aşılanmasından danışdı.

Təlim ekspert Asif Əsgərlinin təqdimatı ilə proqrama uyğun aparıldı və interaktiv, iştirakçıların da fəal iştirakı ilə davam etdirildi. Mövzulara aid verilən zəngin informasiya ilə yanaşı region gənclərinə müxtəlif qrup tapşırıqları, çıxış, fikir və təqdimatlarını da göstərmək imkanları yaradıldı. 2 gün davam edən təlimin sonunda qiymətləndirmə aparıldı və iştirakçılar sertifikatlarla təltif olundular.

Layihədə Gənclərin İnkişaf və Karyera Mərkəzi, yerli nümayəndəliklər tərəfdaş kimi iştirak edirlər.





Facebook'da Paylaş