İctimai Birlik şəhid anaları və qaziləri bir araya topladı.

18-09-2022, 12:04

İctimai Birlik şəhid anaları və qaziləri bir araya topladı.

“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi şəhid anaları və qaziləri bir araya topladı.
Bu həssas dönəmdə baş tutumuş görüşün məqsədi Vətən müharibəsində ölkənin ərazi bütövlüyünün təmin edilməsi uğrunda qanlı döyüşlərdə şəhidlik zirvəsinə ucalmış əsgər və zabitlərimizin əziz xatirəsini bir daha yad etmək, şəhid analarına dərin hörmət və ehtiramı ifadə etmək, döyüşlərdə sağlamlığını itirmiş qazilərimizə mənəvi dəstək göstərmək idi.



Tədbirdə son günlər işğaldan azad edilmiş ərazilərlə düşmənin təmas xəttində baş vermiş hadisələrə münasibət bildirildi, erməni silahlı qüvvələrinin tör-töküntülərinin törətdikləri təxribata rəşadətli Azərbaycan Ordusunun uğurlu hərbi əməlliyatı ilə layiqli cavab verildiyi qeyd edildi. 44 günlük Vətən müharibəsinin acılarını son hadisələr nəticəsində bir daha yaşamış şəhid anaları igid övladları ilə fəxr etdiklərini, Vətən sevgisi ilə şəhidlik zirvəsinə ucalmış oğullarını sadiq və ləyaqətli vətəndaş kimi boya-başa çatdırdıqlarından böyük qürur hissi keçirdiklərini dilə gətirdilər, şəhid ailələrinə göstərilən dövlət qayğısından dərin minnətdarlıq hissi ilə söz açdılar. Döyüş xatirələri ilə bölüşən qazilər müharibədə sağlamlıqlarını itirsələr də hər an döyüşə hazır olduqlarını, Vətəni qorumağın hər bir vətəndaşın müqəddəs borcu olduğunu bildirdilər.



Nikbin əhval-ruhiyyədə keçirilmiş görüşdə iştirak edən QHT rəhbərləri və təmsilçiləri, İctimai Birliyin üzvləri və könüllüləri şəhid analarına öz dərin hörmət və ehtiramlarını ifadə edib, qazilərimizə şəfa dilədilər.
Hamılıqla “Ruhunuz şad olsun, şəhidlər! Başın sağ olsun, Vətən!” deyirik...
Və usanmadan bəyan edirik: “Qarabağ - Azərbaycandır!”




Facebook'da Paylaş