Şəhid ailələri və qazilərə qayğı dövlətin hər zaman diqqətindədir

20-06-2022, 18:57

Şəhid ailələri və qazilərə qayğı dövlətin hər zaman diqqətindədir

44 günlük Vətən müharibəsində şəhid olan qəhrəman hərbçilərin ailə üzvlərinin, müharibədə yaralanaraq əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların sosial ödənişlərlə təminatı istiqamətində müharibədən sonra elə ilk günlərdən müvafiq işlərə başlanılıb.

Ordum.az-ın məlumatına görə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında nazirlik tərəfindən şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketi çərçivəsində onların sosial ödənişlərlə təminatı da əsas fəaliyyət istiqamətlərindən biridir.

Postmüharibə dövründə şəhid ailələri və qazilərdən ibarət 93 min şəxsə 104 min sosial ödəniş təyin olunub.

Şəhid ailələri üzvlərindən 7 979 nəfərə 15 943, müharibə əlillərindən 2 935 nəfərə 5 870, müharibə veteranlarından 81 856 nəfərə 81 856 sosial ödəniş təyinatı aparılıb.




Facebook'da Paylaş