“İnsan Hüquqları və Qanunların Təbliği” İB fəaliyyətə başlayıb

1-06-2022, 07:04

“İnsan Hüquqları və Qanunların Təbliği” İB fəaliyyətə başlayıb

“İnsan Hüquqları və Qanunların Təbliği” İB fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınan İnsan Hüquqları və Qanunların Təbliği İctimai Birliyi (İHQT) Qeyri Hökümət Təşkilatı sektorunda yeni bir qurum olaraq fəaliyyətə başlayıb.
Birliyinin əsas məqsədi və fəaliyyət istiqaməti insan hüquqları və qanunların təbliği sahəsində fəaliyyətin həyata keçirilməsindən ibarətdir. Birlik məqsədlərinə çatmaq üçün insan hüquqlarının müdafiəsi istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirləri və bu sahədə müvafiq qanunvericiliyi təbliğ etməyi, sahənin inkişafını dəstələyən layihələr həyata keçirməyi, qanunla qadağan olunmamış bütün metodlardan istifadə edərək maarifləndirmə işi aparmağı öz vəzifəsi hesab edir.
Qurum faydalı fəaliyyət muhitini təşkil etmək üçün yerli və xarici təşkilatlarla, ictimaiyyət nümayəndələri və media ilə dərin əməkdaşlıq əlaqələrinə malik olmağı, o cümlədən bu istiqamətdə hüquqi xidmət göstərməyi planlaşdırır. Birlik, bu məqsədlə, hüquqi və fiziki subyektlərdən, ayrı-ayrı vətəndaşlardan sözü gedən sahədə hər hansı hüquq və qanun pozuntusu ilə bağlı qurumu məlumatlandırmağı xahiş edir. Qeyd edək ki, Birliyin sədri ictimai fəal Gülşən Məmmədoğludur.
Məlumat üçün bildirək ki, İnsan Hüquqları və Qanunların Təbliği İctimai Birliyi 2014-cü ildə təsis edilib və həmin ildə də dövlət qeydiyyatına alınmaq üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edib. Nazirlik qurumu qeydiyyata almaqdan imtina etdiyinə görə İctimai Birlik hüquqlarını təmin etmək məqsədi ilə Məhkəməyə müraciət etmiş, lakin heç bir məhkəmə istansiyasında Ədliyyə Nazirliyinin qanunsuz imtinası ləğv edilməmişdir. Birlik bundan sonra hüquqlarını bərpa etmək üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmiş (AİHM) və Avropa İnsan Hüquqları Məhkəməsi 2021-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyinin imtina qərarını qanunsuz saymış və Birliyin hüquqlarının pozulmasını tanımışdır.
Beləliklə, AİHM-nin qərarından sonra 19.04.2022-ci il tarixində №11222-Q79-4044 saylı qərar ilə İnsan Hüquqları və Qanunların Təbliği İctimai Birliyi Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.


Hörmətlə,
Gülşən Məmmədoğlu,
“İnsan Hüquqları və Qanunların Təbliği” İB-nin sədri




Facebook'da Paylaş