Energetika naziri Salyanda vətəndaşları qəbul edib
Bu gün energetika naziri Pərviz Şahbazov Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Ordum.az bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, qəbulda qurumun müvafiq struktur bölmə rəhbərləri də iştirak edib. Salyan, Neftçala, Sabirabad və Füzuli rayonlarından, həmçinin Bakı və Şirvan şəhərlərindən olan 23 vətəndaş elektrik enerjisi təchizatı, elektrik və qaz sərfiyyatı ilə bağlı borc yaranması, elektrik xətlərinin və dirəklərinin yenilənməsi, şəbəkəyə qoşulma, kənddə elektrik təsərrüfatının yenidən qurulması, transformatorun quraşdırılması, kəndlərin, yeni yaşayış massivlərinin qazlaşdırılması, sayğaclaşdırma, işlə təminat və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.
Vətəndaşların qaldırdığı məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib, nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydə alınıb.
Facebook'da Paylaş