Bolqarıstanın Baş naziri: "Ukrayna müharibədə qalib gələcək

28-04-2022, 21:07

Bolqarıstanın Baş naziri: "Ukrayna müharibədə qalib gələcək

Ukrayna Rusiyanın başlatdığı müharibədə qalib gələcək.
Ordum.az UNİAN-a istinadən xəbər verir ki, bunu Kiyevdə səfərdə olan Bolqarıstanın Baş naziri Kiril Petkov Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.

"Ukrayna bu müharibədə qalib gələcək. Və bütün demokratik ölkələr sizin tərəfinizdə olacaq. Məncə, heç bir şübhə yoxdur ki, bu, baş verəcək yeganə nəticə olacaq", - Petkov deyib.

O, Ukraynadakı müharibənin nəticələrini öz gözləri ilə görməyin vacib olduğunu vurğulayıb.

"Ətrafında hərbiçi olmayan kiçik bir icmada bombalanmış yaşayış binalarını görəndə çox təsirləndim. Bu gün gördüyüm ən təsirli şəkil yaşayış binasının dağıntıları arasında uşaq oyuncağı idi”, - Petkov qeyd edib.




Facebook'da Paylaş