“Sosial İslahatlara Dəstək” İctimai Birliyi layihəsinə yekun vurub
“Sosial İslahatlara Dəstək” İctimai Birliyi layihəsinə yekun vurub“Sosial İslahatlara Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məcburi köçkün məktəblərində təhsil alan yuxarı sinif şagirdləri arasında narkomaniyaya qarşı mübarizədə sosial layihələrin təşviqi məqsədi ilə maarifləndirici tədbirlərin və sosioloji sorğuların təşkili” layihəsi çərçivəsində fəaliyyət planına uyğun olaraq silsilə tədbirlərin yekun icrasını uğurla başa vurdu. Yekun tədbir 22 aprel 2022-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu Ramanı qəsəbəsində məskunlaşan məcburi köçkün ailələrindən olan 8-ci ,9-cu sinif şagirdlərinin iştirakı ilə baş tutmuşdur.Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan
QHT sədri Namiq İnşallahoğlu tədbir iştrakçıklarını salamladı və Qarabağın azadlığı uğrunda canlarından keçən şəhidləri 1 dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.Sonra layihənin donoru və icraçı təşkilatla bağlı məlumat verdi və bu mövzuda keçirilən tədbirin aktual və vacibliyindən bəhs etdi. Daha sonra QHT sədri narkotik vasitələrin dövriyyəsinə , narkomanlığa qarşı mübarizəyə dair dövlət səviyyəsində həyata keçirilən tədbirlərin əhəmiyyəti haqqında fikirlərini bildirdi və narkomaniyanın geniş yayılmasını düşmənlərimizin gənclərimizə qarşı, genefondumuza qarşı gizli yolla apardıqları müharibəyə bənzətdi..
Narkomaniya nədir? Narkomaniyadan qorunmaq üçün nə etməliyik sualların ətrafında fikirlərini bölüşüldü. Çıxış üçün söz sosial problemlər üzrə tədqiqatçı Günel Həsənovaya verildi. O, da öz çıxışında bildirdi ki, narkomaniya təkcə insanların sağlamlığına ziyan vurmur, o eyni zamanda cəmiyyətdə bir cinayətkarlar dəstəsi yetişdirir. " Narkomaniyaya yoluxma və onun zərərləri" haqqında yeniyetmələrə ətraflı məlumat verdi.
Dövrümüzün ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniyanın fəsadları barədə şagirdlərin narkomaniyadan uzaq durma mövqelərinin öyrənilməsi məqsədilə onlara həmin mövzuda suallar verildi. Narkomaniyanın dünyada və Azərbaycanda olan son statistik göstəriciləri şagirdlərin diqqətinə çatdırıldı.Ümumi çıxışlardan sonra şagirdlərin vermiş olduğu çoxsaylı suallar cavablandırıldı, bu bəladan xilas olmaq üçün mübarizə üsullarından danışıldı və reabilitasiya mərkəzləri haqında məlumat verildi. Sosioloji tədbir 30 nəfər məcburi köçkün ailələrindən olan yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilmişdir. Layihə mövzusuna uyğun hazırlanmış olan marifləndirici buklet (30 ədəd) tədbir iştrakçılarına paylanılmış və bu kimi tədbirlərin gələcəkdə də keçirilməsinin vacibliyi diqqətə çatdırılmışdır. Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilmişdir.
Layihənin icra müddəti 01 fevral - 01 iyun 2022 -ci i tarixlərini əhatə edir
Facebook'da Paylaş