DTX Qarabağ Dirçəliş Fonduna vəsait köçürüb

23-04-2022, 15:58

DTX Qarabağ Dirçəliş Fonduna vəsait köçürüb

İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması tədbirlərinə dəstəyin göstərilməsi məqsədilə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qarabağ Dirçəliş Fonduna 200 000 (iki yüz min) manat məbləğində pul vəsaiti köçürüb.

Bu barədə Ordum.az-a DTX-nin İctimai əlaqələr şöbəsindən bildirilib.

Qeyd olunub ki, 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımızda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.




Facebook'da Paylaş