Vətən müharibəsi bitəndən indiyədək müharibə əlili və şəhid ailələrinə 3 200 mənzil verilib

8-04-2022, 12:03

Vətən müharibəsi bitəndən indiyədək müharibə əlili və şəhid ailələrinə 3 200 mənzil verilib

Müharibə əlili və şəhid ailələrinə bu ilin əvvəlindən indiyədək 200, postmüharibə dövründə 3 200, ümumilikdə isə 12 500 mənzil verilib.

Ordum.az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev deyib.

O bildirib ki, 2021-ci ildə 164 nəfər müharibə əlili avtomobillə təmin olunub:

“Ümumilikdə isə 7 400-dən çox müharibə əlili avtomobillə təmin olunub. Proses davam edir”.




Facebook'da Paylaş