Azərbaycanda amnistiyaya düşən qadın və yeniyetmələrin sayı açıqlanıb

24-01-2022, 15:33

Azərbaycanda amnistiyaya düşən qadın və yeniyetmələrin sayı açıqlanıb

"Ədliyyə Nazirliyinin Probasiya Xidməti tərəfindən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş 6191 nəfərə Amnistiya Aktı tətbiq edilib".

Bunu Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Akşin Ziyadov deyib.

O bildirib ki, probasiya qurumlarının Baş Prokurorluqla razılaşdırılmış qərarları ilə 3 556, məhkəməyə verilən 4024 təqdimat əsasında bu günə qədər 2 635 məhkum haqqında amnistiya aktı tətbiq edilib: "Onlardan 506 nəfər qadın, 20 nəfər yetkinlik yaşına çatmayan, 6 nəfər əcnəbi, 243 nəfər 60 yaşına çatmış, 6 nəfər Vətən müharibəsində iştirak etmiş məhkumlardır".

"Amnistiya tətbiq olunan şəxslərdən 2457 nəfər islah işləri, 77 nəfər isə ictimai işlər cəzasından azad edilmiş məhkumlardır. Cərimə cəzasından azad edilən 1022 məhkum 1 milyon 220 min manatdan artıq vəsaiti dövlət büdcəsinə ödəməkdən azad edilib. Bundan əlavə, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərdən 1 542 nəfər cəzadan azad olunaraq onlara tətbiq edilən elektron qolbaqlar dərhal çıxarılıb, 1075 nəfər məhkumun isə cəza müddəti 1 il azaldılıb", - Xidmət rəisi vurğulayıb




Facebook'da Paylaş