ABŞ Türkiyə-Ermənistan danışıqları ilə bağlı açıqlama yayıb

15-01-2022, 13:16

ABŞ Türkiyə-Ermənistan danışıqları ilə bağlı açıqlama yayıb

ABŞ Dövlət Departamenti Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında keçirilən ilk görüşü alqışlayıb.

Ordum.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, departament rəsmi Ankara-İrəvan danışıqları barədə açıqlama yayıb.

“Biz mövcud fikir ayrılıqlarının tənzimlənməsi üçün iki ölkənin diplomatiyasının cəlb olunduğu Türkiyə-Ermənistan danışqlarını səmim şəkildə alqışlayırıq”, - ABŞ Dövlət Departamentindən bildirilib.

Qeyd edək ki, yanvarın 14-də Rusiyanın paytaxtı Moskva şəhərində Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıc ilə Ermənistan təmsilçisi Ruben Rubenyan arasında ilk görüş keçirilib.




Facebook'da Paylaş