Çində 5,5 maqnitudalı zəlzələ olub

3-01-2022, 08:06

Çində 5,5 maqnitudalı zəlzələ olub

Çinin Seysmoloji Mərkəzi ölkənin cənub-qərbindəki Yunnan əyalətində 5,5 bal gücündə zəlzələ qeydə alıb.

Ordum.az xəbər verir ki, bu barədə mərkəzin yaydığı məlumatda deyilir.

Yeraltı təkanlar Litszyan şəhərində qeydə alınıb. Zəlzələnin episentri Ninlan vilayətində, ocağı isə 10 km dərinlikdə yerləşib.

1,2 milyondan çox insanın yaşadığı Litszyanda tələfat və dağıntılar barədə məlumat verilməyib.




Facebook'da Paylaş