Narkotikin təsiri altında avtomobil idarə edən daha 2 nəfər həbs olunub

17-12-2021, 10:00

Narkotikin təsiri altında avtomobil idarə edən daha 2 nəfər həbs olunub

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər müəyyən edilərək tutulublar.

Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Salyan rayonunun Qarabağlı kəndi ərazisində Şirvan şəhər sakini Qasım Cəbiyevin idarə etdiyi “VAZ-2106”, Sumqayıt şəhəri ərazisində Qazax rayon sakini Balakişi Hüseynovun idarə etdiyi “Mercedes” və Binəqədi rayonu ərazisində Zərdab rayon sakini Mahir Mehdiyevin idarə etdiyi “Khazar” markalı avtomobillər nəzarət-yoxlama qaydasında saxlanılıblar.

Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 333.1 və 327.1-ci maddələri ilə onların barəsində protokollar tərtib olunub.

Salyan Rayon Məhkəməsinin qərarı ilə Q.Cəbiyev 1 il, Abşeron Rayon Məhkəməsinin qərarları ilə M.Mehdiyev 6 ay müddətinə sürücülük hüququndan məhrum ediliblər, B.Hüseynov isə 400 manat məbləğində cərimələnib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.




Facebook'da Paylaş