DİN oyuncaq silah gəzdirən şəxslərə xəbərdarlıq edib

9-12-2021, 11:34

DİN oyuncaq silah gəzdirən şəxslərə xəbərdarlıq edib

"Sosial şəbəkələrdə, elan saytlarında oyuncaq silah satışı var. Əksəriyyəti isə dəmir konstruksiyalıdır".

Bunu açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, oyuncaq silah əşyaları ilə bağlı hansısa qadağa yoxdur: "Ancaq bu oyuncaq əşyanı alıb onu ictimai yerlərdə, beldə, avtomobilin görünən yerində gəzdirilməsi və saxlanılması ilə bağlı polis orqanlarına vətəndaşlardan məlumatlar daxil olur. Yoxlayırıq, araşdırırıq, müəyyən edib dəvət edirik - cavab verir ki, "oyuncaqdır, elə-belə gəzdirirəm....". Bu, "elə-belə" gəzdirmə əməlinin adı nədir? Cavab verməkdə aciz qalır. Təbii ki, bu, bizə məlumdur, onu niyə və səbəbə gəzdirir. Bu özünü göstərməkdir? Bu özünü güclü təqdim etməkdir? Bu kiminsə diqqətini çəkməkdir?

"Həmin şəxslərin diqqətinə çatdırın - bu, hansısa ictimai təhlükəli əmələ rəvac verə, yaxud kiminsə qorxmasına, həyacanlanmasına, stress keçirməsinə səbəb ola bilər", - şöbə rəisi vurğulayıb.




Facebook'da Paylaş