Salvadorda müdafiə nazirinin oğlunun olduğu təyyarə qəzaya uğrayıb

3-12-2021, 09:00

Salvadorda müdafiə nazirinin oğlunun olduğu təyyarə qəzaya uğrayıb

Salvadorda göyərtəsində ölkənin müdafiə naziri Merino Monroyanın oğlu Xerardo Martinonun olduğu hərbi təyyarə qəzaya uğrayıb.

Bu barədə Ordum.az xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, təyyarə bir gün əvvəl dənizdə itən yaxtanı axtarırmış. Hava gəmisinin göyərtəsində 3 ekipaj üzvü olub, hazırda onların axtarışları davam etdirilir. Axtarışlara təyyarələr və helikopterlər cəlb olunub.

Sosial şəbəkələrdə hər üç ekipaj üzvünün həlak olması ilə bağlı narahatlıqlar var.

Salvador Prezidenti Nayib Bukele müdafiə nazirinə başsağlığı verib.




Facebook'da Paylaş