Əfqanıstanın milli aviaşirkəti Türkiyəyə uçuşları bərpa edir

21-11-2021, 14:38

Əfqanıstanın milli aviaşirkəti Türkiyəyə uçuşları bərpa edir

Əfqanıstanın milli aviadaşıyıcısı "Ariana Afghan Airlines" Kabildən Ankaraya uçuşları bərpa edib.

Ordum.az xəbər verir ki, bu barədə Əfqanıstan Milli Olimpiya Komitəsinin rəhbəri Nazar Mohammad Mothmain tviter səhifəsində yazıb.

Ankaranın Esenboğa Beynəlxalq Hava Limanının onlayn tablosuna əsasən, Kabil layneri yerli vaxtla saat 17.30-da Türkiyə paytaxtına enib.

Qeyd edək ki, son üç ayda Əfqanıstan paytaxtından bir sıra beynəlxalq reyslər ölkədə hakimiyyət dəyişikliyi səbəbindən dayandırılıb.




Facebook'da Paylaş