Bakıda nazirliyin binasında tüstülənmə olub

19-11-2021, 19:00

Bakıda nazirliyin binasında tüstülənmə olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin binasının dam örtüyündə tüstülənmə baş verib.

Nazirlikdən Ordum.az-a bildirilib ki, buna səbəb olaraq elektrik naqillərindəki qısaqapanma ehtimal edilir.

"Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən qısa müddət ərzində tüstülənmənin qarşısı alınıb", - məlumatda qeyd olunub.




Facebook'da Paylaş