ABŞ Pekin olimpiadasını boykot edə bilər

19-11-2021, 09:15

ABŞ Pekin olimpiadasını boykot edə bilər

ABŞ Pekində 2022-ci Qış Olimpiya Oyunlarını boykot edə bilər.

Ordum.az xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Cozef Bayden Kanadanın baş naziri Castin Trüdo ilə görüşündə deyib ki, olimpiadanın boykot edilməsi nəzərdən keçirilir.

Bundan əvvəl "Washington Post" qəzeti nə Baydenin, nə də digər ABŞ administrasiyası rəsmilərinin 2022-ci il Pekin Qış Olimpiya Oyunlarına qatılmayacağını bildirib. Qəzetin yazdığına görə, Bayden Çinin Sincan, Tibet və Honq-Konqdakı fəaliyyətindən, eləcə də insan hüquqlarının pozulmasından narahatdır.

Qeyd edək ki, Qış Olimpiya Oyunları 2022-ci il fevralın 4-dən 20-dək Pekində keçiriləcək.




Facebook'da Paylaş