Saatlıda karantin qaydalarının pozulduğu iki toy məclisi aşkar edilib

18-11-2021, 09:21

Saatlıda karantin qaydalarının pozulduğu iki toy məclisi aşkar edilib

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Dəllər və Naharlı kəndlərində yerləşən iki fərdi yaşayış evində keçirilən toy məclislərində pandemiya tələblərinin pozulduğu və normadan artıq qonağın iştirak etdiyi aşkarlanıb.

Bu barədə Ordum az-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Polis əməkdaşları tərəfindən məclis sahibləri ilə izahedici söhbətlər aparılıb və yol verdikləri qayda pozuntularına görə hər iki ev sahibi inzibati qaydada məsuliyyətə cəlb olunub.




Facebook'da Paylaş