"Biz terror və diversiya hadisələrinə hazır olmalıyıq"

14-11-2021, 14:13

"Biz terror və diversiya hadisələrinə hazır olmalıyıq"

Konfliktoloq Elxan Mehdiyevin Şuşa ətrafında baş verən terror hadisəsinə münasibətini təqdim edirik:

- Biz bu cür terror və diversiya hadisələrinə hazır olmalıyıq, çünki ermənilərin terror kültürünə xas olması belə halların gələcəkdə daha çox olacağına arqument verir. Üstəlik, son bir il ərzində Ermənistanda və xüsusən erməni nəzarəti altında olan Xankəndidə aparılan nasist təbliğatı bu cür hadısələrin baş verməsi üçün münbit baza yaradır. İkinci bir tərəfdən, həm Ermənistanda və həm də bizim Qarabağda müxtəlif dərnəklər altında indidən terror qurplarının hazırlanması istiqamətində mətbuata da xəbər verilən proseslər gedir. Burada həm oğlanlar və həm də qızlar terror və diversion əməliyyatları aparmaq, silah və qumbara ilə işləmək, gecə şəraitində əməliyyatlar aparmaq, dözümlülük və kəşfiyyat sahəsində təlimlər keçirlər. Yəni bu təlimlərə bu işlərlə məşğul olmaq istəyən könüllü gənclər gəlir və məqsəd də azərbaycanlılar yaşayan ərazilərə girib qətllər törətməklə qisas almaqdır. Bir müddətdən sonra onlar artıq daha münbit şəraitdə fəaliyyətə keçməyə də can atacaqlar.
Üçüncüsü, siz əgər fikir versəniz bu dəqiqə Qarabağda yaşayan hər bir erməninin evində ən azı bir neçə silah və qumbara var. Müharibənin gedişi zamanı o qədər silah və qumbaralar çöllərdə qalmışdı ki, silah əldə etmək problem daşımırdı. Həm də özünü müdafiə adı ilə hər bir ailə silah əldə etmişdi. Bir də fikir verin ki, rəsmi olaraq ermənilər 10 mindən çox fərari olduğunu söyləyir . Və bu fərarilər silahları ilə yox, silahlarını ataraq və bu kəndlərdə və Xankəndidə yaşayanların evlərində qoyaraq qaçmışlar. Xarici TV -lərin Martunidən verdiyi reportajda ermənilərin çarpayılarının altında hər birinin avtomat silahı olduğunu özləri göstərirdilər. Yəqin ki bir neçə bu faktlar nə qədər silah olduğu haqqında müəyyən təsəvvür üçün kifayət edər.
Digər tərəfdən, Azərbaycan öz sərhədinə nəzarət edə bilmir . Laçın yolu açıqdır. Və erməni terrorçu dəstələrinin yüngül silahla ordan gəlməsinə və ya geri getməsinə heç bir maneə yoxdur. Rus qüvvləri onları dedektor ilə yoxlamır. Uzağı onların pasportuna baxır və ya ən yaxşı halda maşının baqajına baxır. Heç kim də baqajda silah gətirmir. Silah gərirməyə də heç bir ehtiyac da yoxdur. Çünki bu cür işlər üçün Qarabağda hər türlü silah və sursat N qədərdir.
İndi bizim anti-terror qüvvələrə da ehtiyacımız olacaq. Biz indi İsraildən daha çox öyrənməliyik. Onlar bu cür Qarabağda baş verən terror halları ilə çox üzləşiblər və ona görə onların təcrübəsi də böyükdur. İlk növbədə onların praktikası terrorçunu yerindəcə məhv etməkdir. Bunu indi Azərbaycan xüsusi qüvvələri də etmək qabiliyyətindədir. Amma, bilavasitə xüsusi anti terror birliklərinin yaradılmasına yaxın gələcəkdə ehtiyac olacaq. Çünki ermənilər bizim kimi 28 il səbrli qalmayacaq, onlar yuxarıda dediyim kimi Azərbaycana qarşı terror və diversiya hərəkətləri ilə qisas almağa çalışacaq. Erməni terroru qisas üzərində qurulub.




Facebook'da Paylaş