Şuşa Mədəniyyət Evində 27 erməni polisin məhv edilməsi ilə bağlı Ermənistanda cinayət işi açılıb

6-11-2021, 15:00

Şuşa Mədəniyyət Evində 27 erməni polisin məhv edilməsi ilə bağlı Ermənistanda cinayət işi açılıb

""Məlumatlı Vətəndaşlar Birliyi"nin hesabatı əsasında 2020-ci il oktyabrın 4-də Şuşa Mədəniyyət Evinin zalında orduya çağrılmış təxminən 500 polisi toplamaq və bunun nəticəsində bir raket zərbəsi ilə 27 polisin ölməsi faktı ilə bağlı cinayət işi açılıb".

Ordum.az xəbər verir ki, bunu "Facebook" səhifəsində Ermənistanın "Məlumatlı Vətəndaşlar Birliyi" ictimai təşkilatının sədri Daniel İoannisyan yazıb.

Onun sözlərinə görə, Ermənistan Cinayət Məcəlləsinin 367-ci maddəsinin 3-cü hissəsi üzrə cinayət işi açılıb.

"Maddə 4 ildən 8 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur", - deyə İoannisyan bildi




Facebook'da Paylaş