DİM-lə YAŞAT Fondu arasında imzalanan Memorandumun əsas əməkdaşlıq sahələri açıqlanı

4-11-2021, 21:14

DİM-lə YAŞAT Fondu arasında imzalanan Memorandumun əsas əməkdaşlıq sahələri açıqlanı

Bu gün Dövlət İmtahan Mərkəzi ilə YAŞAT Fondu arasında imzalanan Memorandumun əsas əməkdaşlıq sahələri açıqlanıb.

DİM-dən verilən məlumata görə, həmin əməkdaşlıq sahələri aşağıdakılardır:

1. Peşəkar səriştə, bacarıq və texniki bilik və digər sahələrdə öyrənmə və inkişaf imkanlarını araşdırmaq;

2. Şəhid övladlarına və qazilərə qayğı məqsədilə DİM tərəfindən təşkil olunacaq tədbirlərin hazırlanması və keçirilməsi üçün müvafiq mütəxəssislərin cəlb olunmasına köməklik göstərmək;

3. Şəhid övladlarının və qazilərin bilik və bacarıqlarını artırmaq, həmçinin karyeralarını yüksəltmək üçün yeni yollar araşdırmaq və yaratmaq;

4. Şəhid övladlarının və qazilərin akademik göstəricilərinin təhlilinə dair elmi konfrans keçirmək;

5. Potensialın artırılması təşəbbüsləri ilə məktəbli və tələbə olan şəhid övladları və qazilərin məşğulluğunu artırma




Facebook'da Paylaş