Azərbaycan və BƏƏ arasında bir sıra sənədlər imzalanıb

4-11-2021, 10:56

Azərbaycan və BƏƏ arasında bir sıra sənədlər imzalanıb

İqtisadiyyat naziri, Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Dubay şəhərində səfərdədir.

Ordum.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nümayəndə heyətinə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, xarici işlər nazirinin müavini Fariz Rzayev, energetika nazirinin müavini Kamal Abbasov, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov, Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov,Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, digər aidiyyəti dövlət qurumlarının nümayəndələri və sahibkarlar daxildir.




Facebook'da Paylaş