18 Oktyabr - Müstəqilliyin Bərpası Günü iş günü olan bayram hesab ediləcək

6-10-2021, 11:33

18 Oktyabr - Müstəqilliyin Bərpası Günü iş günü olan bayram hesab ediləcək

Azərbaycanda 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü iş günü olan bayram hesab ediləcək.

Bu barədə "Report"a parlamentdəki mənbə məlumat verib.

Bildirilib ki, 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək. Ancaq həmin gün iş günü olacaq.

Sənədə əsasən, 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 Oktyabr isə Müstəqilliyin Bərpası Günü elan edilir. Həmin günlər isə hər il bayram kimi qeyd ediləcək.




Facebook'da Paylaş